ABŞ bir eskadrilya qırıcısını BƏƏ-yə göndərir

ABŞ Husilərin tərəfindən buraxılan PUA-lardan qorunmaq üçün BƏƏ-yə F-22 qırıcılarından ibarət eskadrilya göndərəcək.
Globall.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Kennet Makkenzi bildirib.
“Biz ballistik raketdən müdafiə imkanlarına malik raket esminesini (USS Kol) göndərmişik. Bu esmines ölkəni hücumlardan qorumaq üçün BƏƏ sularında patrul xidməti aparacaq. Yaxın bir həftə ərzində biz hava üstünlüyü baxımından dünyanın ən yaxşı qırıcıları F-22-lərindən ibarət eskadrilya göndərəcəyik”,- Makkenzi bildirib.
Oxunub: 258
Xəbəri paylaş
Paylaş: