Koronavirusu yüngül keçirən "adi qripəm" deyir
"Xəstəlik zamanı əlamətlər yüngül olduqda insanlar "adi qripəm" deyib, evdə qalmağa üstünlük vermir. Bu səbəbdən də yoluxma durmadan artır".
Globall.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib.
Onun sözlərinə görə, "Omicron" ştamında yoluxuculuq qabiliyyəti yüksək olduğundan ailə üzvlərinin əksəriyyəti xəstələnir:
"İnsanlar hesab edirlər ki, koronavirusa yoluxmayıblar. Əgər "Delta” ştamında yoluxuculuq az idisə, “Omicron”da daha yüksəkdir. Əgər ailədə bir nəfər xəstəliyi evə gətirirsə və hamı xəstələnirsə, deməli, infeksiya eynidir”.
Oxunub: 273
Xəbəri paylaş
Paylaş: