Dünyanın ən böyük qara almazı 4,3 milyona satıldı

“Sotheby's” satış evinin keçirdiyi hərracda 555,55 karatlıq “Enigma” adlı qara almaz 3,16 milyon funt-sterlinqə (4,3 milyon dollar) satılıb. Almazın ödənişi kriptovalyuta ilə həyata keçirilib.
Globall.az xəbər verir ki, bu barədə "BBC News" telekanalı məlumat yayıb.
“Sotheby's” satış evi alıcının adını açıqlamasa da, sonradan məşhur kriptovalyuta həvəskarı, iş adamı Riçard Hart özünün “Twitter” səhifəsində almazı aldığını bildirib.
Qara almazı satışa çıxaran şəxs 20 il almazın sahibi olub və qiymətli daş bu müddət ərzində heç bir yerdə sərgilənməyib.
“Enigma” indiyədək Braziliya və Mərkəzi Afrikada çox nadir hallarda aşkarlanan “karbonado” növünə aiddir. Bu növün tərkibində yalnız meteoritlərdə rast gəlinən “osbornit” mineralı olduğundan onların kosmik mənşəyi barədə versiya var. Həmçinin belə bir versiya da irəli sürülür ki, qara almazlar Yer kürəsində 2,6-3,2 milyard il bundan əvvəl, dinozavrlar yaranmazdan öncə əmələ gəlib.

Oxunub: 371
Xəbəri paylaş
Paylaş: