Szinpin Ərdoğana mesaj göndərdi
Çin lideri Si Szinpin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
Globall.az xəbər verir ki, Szinpin koronavirusa yoluxan Ərdoğana və xanımına şəfa diləyib.
Szinpin bildirib ki, Çin Türkiyənin pandemiya ilə mübarizəsini güclü şəkildə dəstəkləməyə davam edəcək:
“Türkiyə ilə ikitərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət veririk. Çin-Türkiyə strateji əməkdaşlıq əlaqələrinin yeni səviyyəyə çıxarılması üçün Ərdoğanla işləmək arzusundayam”.
Oxunub: 195
Xəbəri paylaş
Paylaş: