İntihar etmək istəyən kişini qurtaran polislər də yandı
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 9-da saat 16 radələrində Goranboy şəhər sakini S.Həsənov rayon İcra Hakimiyyətinin qarşısında üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd göstərib.
Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınıb, lakin bu zaman iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri alıblar.
Xəstəxanaya yerləşdirilən S.Həsənovun vəziyyəti qənaətbəxşdir.
Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilib.
Araşdırma aparılır.
Oxunub: 319
Xəbəri paylaş
Paylaş: