İranda daha 2901 nəfərdə koronavirus aşkarlanıb –
123 nəfər isə ölüb
İranda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı artıb.
Türkiyə mətbuatı İran mənbələrinə istinadla xəbər verir ki, ötən gün ərzində daha 123 nəfər koronavirusdan ölüb: “Son bir sutkada 2901 nəfərdə virus aşkarlanıb. Bununla da virus daşyıcılarının sayı 38309 nəfərə çatıb. Son 24 saat ərzində isə daha 123 nəfər həyatını itirib. Bununla da ölənlərin sayı 2640 nəfərə yüksəlib”.
Məlumata görə, indiyə kimi İranda 12391 nəfərdə koronavirusdan sağalıb.
Oxunub: 334
Xəbəri paylaş
Paylaş: