ABŞ “Rusiya-Ukrayna müharibəsi”nin tarixini açıqladı
Rusiya Ukraynanın işğalına kifayət qədər hazırlaşmağı bacardı, artıq Kiyevə hücum hər gün baş verə bilər.
Globall.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.
“ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya prezidenti Vladimir Putin fevralın 20-də Pekin Olimpiadasının bitməsinə az qalmış Ukraynanın işğalı barədə göstəriş verə bilər”, -deyə Ceyk Sallivan Ağ Evdə keçirilən brifinqdə deyib.
Bununla belə, o qeyd edib ki, Rusiya rəhbərinin işğala başlamaq əmri verdiyini təsdiqləyən dəqiq məlumat yoxdur.
Sallivan, həmçinin Ukraynadakı bütün amerikalıları yaxın iki gün ərzində onun ərazisini tərk etməyə çağırıb. Onun fikrincə, rusların işğalı havadan bombardmanla başlaya bilər.