Neft korreksiya çərçivəsində ucuzlaşıb
Dünya bazarında üç gün ərzində ümumilikdə 5%-lik qiymət artımından sonra neft korreksiya çərçivəsində
ucuzlaşıb.
Globall.az xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 0,81% ucuzlaşaraq, 1 bareli 95,73 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,89% aşağı düşərək, 1 bareli 94,62 ABŞ dolları təşkil edib.
Neft bazarındakı yüksəlişi yanacaq tədarükünə təsir göstərə biləcək qeyri-sabit geosiyasi fon şərtləndirir.
Bununla belə, “qara qızıl”ın qiyməti artmaqda davam edə bilər. Belə ki, analitiklərin proqnozlarına görə, qlobal ehtiyatlar aşağı səviyyədə qaldığı bir zamanda tələb artmaqda davam edir.
Oxunub: 289
Xəbəri paylaş
Paylaş: