Qaz İxrac Edən Ölkələr Forumunun liderlərinin zirvə toplantısı keçiriləcək
Bu hətənin sonunda Qətərdə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) liderlərinin zirvə toplantısı keçiriləcək.
Globall.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
GECF üzvləri qlobal qaz hasilatının 44%-nə, qaz ehtiyatlarının 67 %-nə, LNG ticarətinin 66 %-nə, boru kəmərləri ilə daşımaların isə 64%-nə nəzarət edir.
Forumda Əlcəzair, Boliviya, Misir, Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad, Tobaqo və Venesuela əsas üzv, Azərbaycan, Hollandiya, Norveç, İraq, Oman və BƏƏ isə müşahidəçi statusundadır.
Oxunub: 242
Xəbəri paylaş
Paylaş: