Koronavirusdan ölənlərin sayı 6 milyona yaxınlaşır
Dünyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 410 milyonu, ölənlərin sayı isə 5,81 milyon nəfəri keçib.
Globall.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST virusa 410 565 868 yoluxma və 5 810 880 ölüm barədə məlumat alıb. Ötən gün ərzində yoluxanların sayı 1 655 868 nəfər, ölənlərin sayı isə 8 654 nəfər artıb.
Ən çox yoluxma halları ABŞ-dadır - 76 983 188 nəfər. Siyahıda ikinci yerdə Hindistan (42 665 534 yoluxma), sonrakı yerlərdə Braziliya (27 425 743), Fransa (21 106 470) və Böyük Britaniya (18 306 863) qərarlaşıb.
Ən çox ölüm halları da ABŞ-dadır - 910 982 nəfər. İkinci sırada Braziliya (638 048), üçüncü yerdə Hindistan (509 011) yer alıb.
Oxunub: 286
Xəbəri paylaş
Paylaş: