Rusiya bombardmançılarını Krımdan köçürdü
Qara Dəniz Donanmasına məxsus 10 ədəd Su-24 bombardmançı təyyarəsi təlim çərçivəsində Krım aerodromlarından Rusiyanın digər regionlarında yerləşən ehtiyat hərbi hissələrə yerləşdirilib.
Globall.az xəbər verir ki, bu barədə Rusiya Qara Dəniz Donanmasının informasiya şöbəsi məlumat yayıb.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin 2022-ci il üçün hazırlıq planına uyğun olaraq, yanvar-fevral aylarında Hərbi Dəniz Qüvvələrinin donanmaların bütün məsuliyyət sahələrində bir sıra dəniz təlimləri keçirilir.
Oxunub: 304
Xəbəri paylaş
Paylaş: