Husilər yaşayış məntəqəsinə ballistik raketlər atdı
Husilər Marib əyalətində mülki yaşayış məntəqələrinin olduğu məhəllələri 5 ballistik raketlə hədəfə alıb.
Globall.az xəbər verir ki, bu barədə Marib valiliyi Tvitter hesabında bəyanat yayıb.
Sözügedən iddihamla bağlı husilər heç bir açıqlama verməyiblər.
Yəmənin informasiya naziri Müəmmər İryani məlumatı təsdiqləyib.
O, Husilərin Maribin cənubundakı Harib bölgəsində PUA ilə həyata keçirdiyi hücumda 3 uşağın ağır yaralandığını açıqlayıb.
Oxunub: 221
Xəbəri paylaş
Paylaş: