ABŞ və Rusiyanın təzyiqi olmasaydı...
ABŞ və Rusiyanın təzyiqi olmasaydı, SSRİ-dən miras qalmış nüvə arsenalları ilə daha ağıllı şəkildə məşğul olmaq olardı.
Globall.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
“Keçmişdə nələrin baş verməsilə bağlı fərziyyələr söyləmək istəmirəm, amma o zaman ABŞ Rusiya ilə birlikdə Ukraynanı nüvə silahından məhrum etmək üçün birgə mövqe tutmasaydı, daha ağlabatan həll yolu tapıla bilərdi”, - Kuleba bildirib.
1994-cü ildə Ukrayna Budapeşt Memorandumunu imzalayaraq, nüvə silahı ehtiyatından imtina etmişdi.
Oxunub: 302
Xəbəri paylaş
Paylaş: