Müharibə başlayan gün 39 milyard dollar itirdilər
Ötən gün Ukraynaya qarşı başladılan hərbi əməliyyatlar Rusiyanın iş adamlarına milyardlarla dollar ziyan vurub.
Globall.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Bildirilib ki, Rusiyanın ən varlı biznesmenləri müharibənin başlamasından sonra ciddi problemlərlə üzləşiblər. Onların iqtisadi durumu Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya müharibə başlatmaq qərarından sonra kəskin pisləşib.
Belə ki, Rusiya biznesmenləri 24 saatdan az müddətdə 39 milyard dollar itiriblər, bu məbləğ həmin şirkətlərin cari ildəki gəlirindən daha çoxdur.
Oxunub: 295
Xəbəri paylaş
Paylaş: