Suriyadan Azərbaycana 14 uşaq repatriasiya edilib
Suriyanın Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan 20 nəfər Azərbaycan vətəndaşının vətənə repatriasiyası həyata keçirilib.
Globall.az xəbər verir ki, bu barədə hesabat İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb. Hesabatda qeyd edilib ki, həmin vətəndaşların 14-ü uşaq olub.
Bununla bərabər Ombudsmanın məruzəsinə görə, Türkiyənin Hatay vilayətinin İskəndərun uşaq evində saxlanılan 4 uşaq, İraq Respublikasının cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan Respublikasının vətəndaşı olan 38 uşaq, habelə Suriyanın Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan daha 12 nəfərin, onlardan 8-i uşaq olmaqla ölkəyə qaytarılması təmin edilib.
Oxunub: 262
Xəbəri paylaş
Paylaş: