Rusiya daha bir yarışdan məhrum edildi

Rusiya daha bir idman növündə bütün yarışlardan məhrum edilib.
Qlobal.az report-a istinadla xəbər verir ki, Beynəlxalq Çimərlik Futbolu Təşkilatı (BSWW) Ukraynaya qarşı təcazüvə görə ölkəni bütün yarışlardan kənarlaşdırıb.
Ukrayna Çimərlik Futbolu Assosiasiyası qərarın onların təzyiqi ilə verildiyini bildirib. BSWW 2022-ci il mövsümü üçün təqvimi yenidən tənzimləyəcək.
Qeyd edək ki, ötən il Ukrayna seçməsi Rusiyanın paytaxtı Moskvadakı dünya çempionatına qatılmaqdan imtina edib.
Oxunub: 353
Xəbəri paylaş
Paylaş: