Belarus qoşunları da Ukraynaya daxil oldu
"Belarus müharibəyə qoşulub. Belarus qoşunları Çerniqov vilayətinə daxil olub", - onun mesajında deyilir.
Mixaylo-Kotsyubinski kəndinin yerli sakinlərinin dediyinə görə, saat 11:30-da 33 maşından ibarət Belarus kolonu Ukraynaya daxil olub ki, onlardan 11-i "Qrad"dır.
Daha əvvəl Müdafiə Strategiyaları Mərkəzi məlumat vermişdi ki, Belarus Respublikası Silahlı Qüvvələrinin Ukraynaya qarşı müharibədə iştirakı ilə bağlı qərar verəcəyi ehtimalı çox yüksəkdir.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada müharibəyə başlayıb.