Aİ Rusiyaya avro əskinasları göndərməyi qadağan edib
Avropa İttifaqı (Aİ) Rusiyaya avro əskinasları satmağı, tədarük etməyi, keçirməyi və daşımağı, yaxud Rusiya ərazisində istifadə edilməsi üçün fiziki və hüquqi şəxslərə, təşkilatlara və ya dövlət orqanlarına, o cümlədən Rusiya hökumətinə və Mərkəzi Bankına göndərməyi qadağan edib.
Globall.az xəbər verir ki, qərara görə məhdudiyyətlər martın 12-dən etibarən qüvvəyə minəcək.
Xatırladaq ki, Qərbin sanksiyaları fevralın 24-də Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı elan etdiyi hərbi əməliyyatlar fonunda tətbiq edilir.
Oxunub: 272
Xəbəri paylaş
Paylaş: