Azərbaycanla sülh sazişi ilə bağlı Paşinyandan MÜHÜM AÇIQLAMA

Globall.az “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, o, bunu diplomat günü və Ermənistanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş təntənəli tədbirdə deyib.
"Xüsusi nümayəndələr səviyyəsində Ermənistan-Türkiyə dialoqu başlayıb, regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası, Azərbaycanla sülh sazişi üzrə danışıqlara başlamaq məsələsi gündəmdədir", - Paşinyan ölkənin xarici siyasət vəzifələrinə toxunaraq bildirib.
Bu kontekstdə Ermənistan tərəfi üçün prioritet Qarabağ münaqişəsinin həllidir. İrəvan dəfələrlə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin irəli sürdüyü prinsiplər və elementlər əsasında problemin həllini necə gördüyünü bildirib.
"Artsaxda (Qarabağda qondarma rejim) yaşayan ermənilərin hüquqlarının tam müdafiəsi xarici siyasət gündəmimizin ən mühüm məsələlərindən biridir", - baş nazir əlavə edib.
O, Ermənistanın hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bu və xarici siyasət gündəliyində duran bir çox digər məsələlərlə bağlı fəal dialoq apardığını vurğulayıb.
Oxunub: 347
Xəbəri paylaş
Paylaş: