Erməniləri darmadağın edən “Bayraktar” Ukraynanı necə qoruyur...

Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücum elan etdi. Gözlənilməz hücum həm qurudan, həm də havadan başladı. Bir anda Ukraynanın şəhərlərinə ardıcıl raket zərbələri endirildi. Müharibənin 8-ci günündə, aviazərbələr hələ də səngimir. Rusiya hərbçiləri müxtəlif istiqamətdə raket və digər vasitələrdən istifadə edərək şəhərləri xarabalığa çevirməyi hədəfləyir. Lakin Ukrayna ordusu müqavimət göstərərək, əksər hallarda hücumları dəf etməyə nail ola bilir.
Tərəfdaş ölkələrdən alınan silah və hərbi texnikalar bu işdə Ukraynanın köməyinə çatır. Rusiyanın hücumlarından yayınmaq üçün Ukrayna ordusu daha çox Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatlarından yararlanır.

“Bayraktar” Ukraynada harada istifadə olunur?
Globall.az xəbər verir ki, bu PUA-lardan daha çox Xerson rayonunun Çernobaevka kəndində istifadə olunub. Orada "Bayraktar"ın köməyi ilə Ukrayna silahlı qüvvələri Rusiya texnikalarını məhv edib. Kiyev yaxınlığında isə "Bayraktar" pilotsuz təyyarələri düşmənin üç hərbi qüvvəsini vurub. Bunlara bir tank və iki hava hücumundan müdafiə sistemi daxildir.
Əhəmiyyətli üstünlük isə “Bayraktar”ın pilotsuz təyyarəsinin idarə olunan tank əleyhinə raketlər və hava bombaları daşıya bilməsidir. Türkiyə PUA-larının əsas missiyası dağıdıcı zərbə vurmaqdır. Amma “Bayraktar” təkcə raket zərbələri endirmək üçün deyil, həm də düşməni havadan nəzarətdə saxlamaq və müşahidə aparmaq üçün istifadə olunur. Belə ki, Ukraynada ötən ilin iyul ayından etibarən məhz bu pilotsuz vasitələr Qara dəniz üzərində hava məkanında patrul xidmətinə başlayıb.
"Bayraktar" PUA-nın digər üstünlüyü təhlükəsizlikdir. Cihaz onlarla, yüzlərlə və hətta minlərlə kilometr məsafədə yerləşən operator tərəfindən idarə olunur. Ona görə də həyati riski yoxdur.
İndiyə qədər “Bayraktar”lardan harada istifadə olunub?
Keçən ilin payızında Ukrayna hərbçiləri ilk dəfə “Bayraktar” pilotsuz zərbə sistemindən istifadə ediblər. Daha sonra rusiyapərəst silahlılar tərəfindən Ukrayna ərazisi atəşə tutulub, nəticədə bir ukraynalı əsgər həlak olub.
Həmçinin, Türkiyə Ukrayna ilə yanaşı, Qətər, Azərbaycan və Polşaya da "Bayraktar" PUA-ları satıb. Xüsusilə də məhz bu pilotsuz təyyarələr 2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı fəal şəkildə istifadə edilib və bir çox erməni tanklarını, hava hücumundan müdafiə sistemlərini, iriçaplı artilleriya qurğularını məhv edib.

Oxunub: 300
Xəbəri paylaş
Paylaş: