Ermənistan Azərbaycanla dəmir yolunun tikintisi ilə bağlı hazırlıqlara başlayır
Ermənistan hökuməti Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistan hissəsinin tikintisinə başlamaq üçün geodeziya işlərinə vəsait ayırmağı tapşırıb.
Globall.az-ın APA-a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib.
Onun sözlərinə görə, təklif olunan layihəyə əsasən, Ermənistan Mehri və Arazdəyəndə 43 km uzunluğunda olan hissədə geodeziya işlərinin aparılması, sonradan isə dəmir yolunun tikintisi layihəsinin sifarişi üzrə meyarları dəqiqləşdirmək üçün işlərə başlamaq niyyətindədir.
Oxunub: 287
Xəbəri paylaş
Paylaş: