Paşinyanın Rusiyasız sülh planı - Pərdəarxası məqamlar

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib. Paşinyan bildirib ki, gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var.
Globall.az xəbər verir ki, bununla bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov düşünür ki, ermənilər sülh məsələsi haqqında fikir bildirərkən o qədər də səmimi deyillər:
“Hamı başa düşür ki, indi Rusiyanı güclü böhran gözləyir. Bunun nəticəsində Moskvanın güclü təsir dairəsi daralacaq. Vaxtilə bəzi layihələri həyata keçirən, məsələn, Suriyada, Cənubi Qafqazda hərbi bazaların saxlanmasına və s. çalışan Rusiyanın indi buna imkanı və vaxtı olmayacaq.
Bunu nəzərə alan Ermənistan bilir ki, indiki mərhələdə ölkəni böyük problemlər gözləyir. Rusiyanın himayəsi bəlkə də olmayacaq. Qərbin regionda siyasi cəhətdən Rusiyanı əvəzləməsi isə gec başa gələ bilər. Beləliklə, Ermənistan öz gücünə siyasət həyata keçirməli olacaq və indi bu yolu tutmağa çalışır. Ermənistan belə desək, yiyəsiz qala bilər”.

Tofiq Zülfüqarov ermənilərin işğalçı siyasətdən əl çəkmədiyini də istisna etməyib. Politoloqun fikrincə, sülh prosesinin başlanması haqqında bəyanatlar versələr də, əsl niyyətləri bu olmaya bilər:
“Sülh müqaviləsinin bağlanması o demək deyil ki, bildiyimiz məsələləri həll etmək istəyirlər. Bəlkə də sülh müqaviləsinin başlanması ilə onların məqsədi vaxt udmaq, danışıqlara hansısa Qərb ölkələrini cəlb etməkdir. Sülh sözü ilə dolu ifadələrdə heç də bu demək deyil ki, ermənilərin real istəyi budur.
Regionda Rusiyanın təsirini əvəz edəcək qüvvə bu və ya digər şəkildə Qərb olmalıdır. Ona görə, əvəzləmə prosesi ermənilər tərəfindən təhlükəli sayılır. Bilirlər ki, Qərb gəlsə, Minsk qrupunda gedən oyunlar davam edəcək. Bütün bunları nəzərə alaraq, deyə bilərik ki, regionda mövcud siyasi qüvvənin dəyişmə dövrü ermənilər üçün yaxşı nəticələr vəd etmir”.

Oxunub: 259
Xəbəri paylaş
Paylaş: