Rusiya kasetli bombalardan istifadə edir - NATO

Rusiyanın Ukraynaya hücumu zamanı kasetli bombalardan istifadə edilib. Bununla bağlı sübutlar var.
Globall.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
“Biz münaqişə zamanı kasetli bombalardan istifadəni gördük və beynəlxalq hüquqa zidd olan digər silah növlərinin istifadəsinə dair bizdə xəbərlər var. Qərb hərbi alyansı Ukrayna üzərində uçuşsuz zona yaratmayacaq və ora öz qoşunlarını göndərməyəcək, lakin Kiyevə başqa yardım vəd edir və Prezident Vladimir Putini işğalı dərhal dayandırmağa çağırır”, - deyə baş katib vurğulayıb.
Oxunub: 213
Xəbəri paylaş
Paylaş: