Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya 66 mindən artıq kişi qayıtdı
Ukraynanın Müdafiə naziri Aleksiy Reznikov bildirib ki, Ukraynanı müdafiə etmək üçün xaricdən 66 min 224 nəfər geri qayıdıb.
Bu barədə o, "Twitter"də yazıb.
"66 224. Xaricdən ölkəni işğalçı qoşundan qorumaq üçün məhz bu qədər kişi qayıdıb.
Bu daha 12 döyüş və motivasiyalı briqadadır! Ukraynalılar, biz yenilməzik!”, - deyə Müdafiə Nazirliyinin rəhbəri bildirib. (virtualaz.org)
Oxunub: 293
Xəbəri paylaş
Paylaş: