KRİTİK QƏRAR: Sərxoş sürücülərin avtomobilləri ordunun xeyrinə MÜSADİRƏ OLUNACAQ
Volin vilayətində hərbi vəziyyət zamanı sərxoş halda avtomobil idarə edərkən yaxalanacaq sürücülərin avtomobilləri Ukrayna Silahlı Qüvvələrinin xeyrinə müsadirə olunacaq.
Globall.az xəbər verir ki, bu barədə Ukrayna Daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib. O bildirib ki, bununla bağlı hərbi-mülki idarə hüquq-mühafizə orqanları ilə birgə müvafiq qərar qəbul edib. "Sülh dövründə qaydalara əməl edilməlidir. Müharibə zamanı bu, həyati əhəmiyyət kəsb etdi" - Geraşenko qeyd edib.
Oxunub: 358
Xəbəri paylaş
Paylaş: