“TikTok” Rusiyada fəaliyyətini dayandırdı
Çinin “TikTok” sosial şəbəkəsi Rusiyada fəaliyyətini dayandırmaq qərarına gəlib.
Globall.az xəbər verir ki, bu barədə sosial şəbəkənin tviter hesabında məlumat yayılıb.
Qeyd edilir ki, “TikTok” Rusiyanın "saxta" xəbərlərlə bağlı yeni qanuna görə fəaliyyətini dayandırıb. İndi platforma artıq istifadəçilərə Rusiyada paylaşım etməyə icazə vermir.
Sosial şəbəkədən bildirillib ki, Rusiyanın yeni "saxta" xəbərlərlə bağlı qanununun qəbulunun təhlükəsizliklə bağlı təsirlərini nəzərdən keçirərkən canlı yayımı və video xidmət üçün yeni məzmunu dayandırmaqdan başqa seçim yoxdur. "Bizim tətbiqdaxili mesajlaşma xidmətimiz pozulmayacaq", - şirkətin xəbərində deyilir.
Şirkət həmçinin əlavə edib ki, xidmətlərin nə vaxt tam bərpa olunacağını müəyyən etmək üçün Rusiyadakı vəziyyəti qiymətləndirməyə davam etdirir.