Azərbaycanda koronavirusa yoluxma sayı KƏSKİN AZALDI
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globall.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 789 481 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 775 706 nəfər müalicə olunaraq sağalıb, 9 531 nəfər vəfat edib, aktiv xəstə sayı 4 244 nəfərdir.
Ölkədə son sutka ərzində 3 512, hazırkı dövrədək isə 6 603 318 test aparılıb.
Oxunub: 296
Xəbəri paylaş
Paylaş: