Almaniyadan ETİRAF:
Bu, III Dünya müharibəsinə səbəb olacaq
Ukrayna üzərində uçuşa qadağa zonasının tətbiqi III Dünya müharibəsinə səbəb ola bilər.
Globall.az xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər naziri Annalena Berbok ARD telekanalının efirində deyib.
“Bu o demək olacaq ki, NATO təyyarələri Rusiya təyyarələrini vuracaq, yəni alyansın münaqişədə birbaşa iştirakı olacaq. Biz öz əhalimizi qorumaq üçün məsuliyyət daşıyırıq” - nazir bildirib.
Almaniya XİN rəhbəri əlavə edib ki, xarici siyasətdə belə məqamlar “taun və vəba arasında” seçimə bənzəyir.
Oxunub: 280
Xəbəri paylaş
Paylaş: