Oğlu və gəlininin Ukraynada öldüyünü eşidən ana
VƏFAT ETDİ - FOTO
Globall.az metbuat.az-a istinadla xəbər verir ki, Xarkov şəhərinin yaxınlığında yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən Lənkəran rayonu Boladi kəndindən olan Emin Mahmudov, həyat yoldaşı Lyudmila Mahmudova və qayınanası həlak olublar. Onların iki azyaşlı övladları sağ qalıb. Uşaqlar hazırda qohumlarının himayəsi altındadır.
Mərhum Emin Mahmudovun anası Gülçöhrə Mahmudova oğlu barədə məlumat alandan sonra halı pisləşib və bir neçə saat sonra o da dünyasını dəyişib.
Qeyd edək ki, Emin Mahmudovun Xarkov vilayətində “Ləvəngi” adlı restoranı olub.
Fotoda: Emin Mahmudov və Lyudmila Mahmudova