BMT Baş katibi dünya ölkələrinə
XƏBƏRDARLIQ ETDİ
BMT Baş katibi Antoniu Quttereş dünya ölkələrinə koronavirus pandemiyası ilə bağlı xəbərdarlıq edib.
Təşkilat rəhbəri bu barədə tviter hesabında yazıb.
“Altı milyon insanın COVID19-dan faciəvi şəkildə itkisi, pandemiyaya qarşı ehtiyatlılığımızı aşağı salmamalı olduğumuzu xatırladan ağrılı bir xatırlatmadır.
Biz onların xatirəsi ilə daha tez-tez hərəkət etməliyik ki, hamı, hər yerdə peyvənd və müalicələrə əlçatan olsun”, - Antoniu Quttereş yazıb.
Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 445 milyonu, ölənlərin sayı 6 milyon nəfəri ötüb. Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya və Fransa ilk dördlüyü bölüşür.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.