İlham Əliyev Türkiyəyə səfər edəcək
- Ərdoğan AÇIQLADI/VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
Türkiyə prezidentinin sözlərinə görə, İsrail prezidentinin sabahkı səfərindən sonra İlham Əliyev Türkiyəyə səfər edəcək.
Mümkündür ki, səfərin bir məqsədi də Antalyada keçiriləcək diplomatiya forumunda iştirak etməkdir. Bilindiyinə görə, həmin forumda Ermənistanın Xarici işlər naziri də iştirak edəcək. Eyni zamanda və ən əsası da, Ukrayna və Rusiyanın Xarici işlər naziri də forumda iştirak edəcək. Onların Ərdoğanın iştirakı ilə görüşəcəkləri haqqında təsdiq olunmuş məlumatlar var. Olsun ki, Rusiya - Ukrayna rəsmi heyətlərinin görüşündə Azərbaycan lideri də iştirak edəcək. Çünki müharibə aparan tərəfləri bir araya gətirib, danışıqlara başlamaq təşəbbüsü cənab Ərdoğanla birlikdə həm də cənab Əliyevə məxsusdur...
Qeyd edək ki, Türkiyə lideri Rusiya-Ukrayna müharibəsi ilə bağlı 20-dən çox dövlət başçısı ilə danışıqlar apardığını və bu prosesin hələ də davam etdiyini bildirib. (musavat.com)