Britaniyadan Rusiya neftinin idxalına
Britaniya Rusiya neftinin idxalına qadağa qoymağa hazırlaşır. Rəsmi açıqlama çərşənbə axşamı günü veriləcək. Həmin gün ABŞ-dan da oxşar bəyanat gözlənilir.
Bu barədə "Politico"üç həmsöhbətinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Böyük Britaniya Ukraynanın işğalına etiraz olaraq Rusiya neftinin idxalını qadağan edəcək. Nəşrə danışan üç məmurun sözlərinə görə, elanın bu gün günortadan sonra veriləcəyi gözlənilir.
Britaniya rəsmiləri bildiriblər ki, qadağa qlobal bazara uyğunlaşmaq və benzin almaqda panikaya düşən insanları sakitləşdirmək üçün bir neçə ay çəkəcək. Nazirlər vurğulayırlar ki, Rusiya nefti Britaniyanın enerji balansının minimal hissəsi olduğu üçün əhalinin yanacaq ehtiyatına ehtiyacı olmayacaq.
Rusiya qazına qadağa qoyulmayacaq, lakin rəsmilər məsələnin Britaniya hökuməti tərəfindən hələ də müzakirə edildiyini təsdiqləyiblər.