ABŞ "Patriot" batareyalarını Polşaya göndərir
ABŞ Polşaya “Patriot” zenit-raket kompleksinin iki batareyasını göndərir.
Bu barədə CNN Avropa Komandanlığının (EUCOM) sözçüsü Adam Millerə istinadla məlumat yayıb
"Müdafiə katibinin göstərişinə və Polşalı müttəfiqlərimizin sorğusuna cavab olaraq, Avropa Komandanlığının komandanı general Valters ABŞ ordusuna Avropa və Afrikadakı iki Patriot batareyasını Polşaya yenidən yerləşdirməyi əmr etdi", - Miller bildirib.
Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya müdaxiləsi zamanı ABŞ və NATO müttəfiqlərinə qarşı hər hansı potensial təhlükənin qarşısını almaq üçün müdafiə sistemlərinin yerləşdirməsi çərçivəsində batareyalar göndərir.
Bu addımın hər hansı bir şəkildə heç bir hücum əməliyyatına dəstək verməyəcəyi bildirilir. (publika.az)
Oxunub: 274
Xəbəri paylaş
Paylaş: