Mixail Podolyak:
“Zelenski daima işdədir, çox az yatır”
“Vladimri Zelenski müharibə başlayandan bu yana daima iş yerindədir”.
Bu barədə prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak danışıb.
“Vladimir Aleksandroviç daima burdadır. Prezident qərarların alındığı mərkəzdə, Kiyevdə qalıb”,-deyə o, qeyd edib.
Mixail Podolyakın sözlərinə görə, Vladimir Zelenski gün ərzində sadəcə 3-4 saat yatır. “Lakin o, daima əlaqəni itirmir. Beynəlxalq liderlrdən hər hansı biri zəng etdiyi zaman dərhal yuxudan ayılır və onunla danışır. Bütün gün ərzində onlarla toplantıya qatılır”,-deyə administrasiya rəsmisi bildirib.
Mixail Podolyak bir daha Vladimir Zelenskinin Kiyev tərk etməyə hazırlaşmadığını vurğulayıb. (musavat.com)
Oxunub: 325
Xəbəri paylaş
Paylaş: