Avropada koronavirusun yeni ştamı
ı PEYDA OLDU
Bu barədə ÜST-ün Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Maria van Kerkhove brifinqdə məlumat verib.
""Deltakron" Fransa, Hollandiya, Danimarkada müəyyən edilib. Lakin bu ştama yoluxma çox aşağı səviyyə qeydə alınıb", - Kerkhove bildirib.
Van Kerkhove əlavə edib ki, "deltakron" "delta" AY.4 və "omikron" BA.1/BA.2 ştammının alt növlərini birləşdirərək yaranıb: "ÜST ekspertləri artıq martın 7-də keçirilən iclasda bu variantı müzakirə ediblər".
Yanvarın əvvəlində Kipr Universitetinin Biologiya Elmləri Fakültəsinin bir qrup alimi koronavirusun yeni ştammının - "delta" və "omikron" hibridinin kəşf edildiyini elan ediblər.
ÜST bunun bir səhvin nəticəsi ola biləcəyini etiraf edib.