Ukraynalıların 92 faizi Rusiyaya qalib gələcəklərinə inanır
- SORĞU
Ukraynalıların əksəriyyəti Rusiyanın ölkələrinə qarşı hücumunun dəf ediləcəyinə əmindir. Bu barədə məlumat “Reytinq” sosioloji qrupunun 8-9 mart tarixlərində keçirdiyi sorğunun nəticələrində yer alıb.
Məlumata görə, sorğuda iştirak edənlərin 92 faizi Ukraynanın bu hücumun öhdəsindən gələ biləcəyini düşünür. Həmçinin respondentlərin 57 faizi Ukraynanın artıq gələcək həftələrdə, 18 faizi bir həftə ərzində, 39 faizi bir neçə həftə ərzində qələbə qazana biləcəyini bildirib.
Sorğuda iştirak edənlərin 18 faizi isə hesab edir ki, müharibə bir neçə ay davam edəcək, yalnız 9 faizi müharibənin yarım il və yaxud bir ildən sonra
başa çatacağını düşünür.
Bununla yanaşı, sorğu iştirakçılarının 80 faizdən çoxu qeyd edib ki, hər hansı şəkildə Ukraynanın müdafiə olunmasına kömək edirlər.
Respondentlərin 97 faizi yaxın zamanlarda Ukraynada qalmağı planlaşdırırlar.