Xarkovun mərkəzində hava hücumu: DƏHŞƏTLİ VİDEO
Xarkovun mərkəzində hava zərbəsi nəticəsində dörd mərtəbəli yaşayış binası dağılıb.Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti nəticələrin videosunu dərc edərək bildirib.
"Həlak olanlar və xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir", - məlumatda deyilir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin bölmələri axtarış işləri aparır: 22 nəfər və 5 texnika cəlb olunub.
"Daha bir obyekt indicə dağıdılıb, mülki obyektdir, Xarkov şəhərinin mərkəzi hissəsində yerləşən yaşayış binasıdır. Demək olar ki, tamamilə dağılıb. İndi xilasedicilər, bizim kommunal xidmət orqanlarımız dağıntıları aradan qaldırmaq üçün artıq orada işləyirlər. Vəziyyət belədir, gərgin. Lakin biz təslim deyilik və təslim olmaq fikrində deyilik", - şəhərin meri İqor Terexov bildirib.
Oxunub: 235
Xəbəri paylaş
Paylaş:




















