Ruslar xəstəxananı ələ keçirdi,
400 nəfər girov saxlanılır
Rusiya əsgərləri bir gün əvvəl tibb işçilərinin və şəhər sakinlərinin girov götürüldüyü Mariupol regional xəstəxanasından atəş açır.
Bu barədə Ukrayna baş nazirinin müavini - müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib.
Onun sözlərinə görə, hazırda xəstəxanada 400-ə yaxın insan var. Girovlar arasında tibb işçiləri və şəhər sakinləri də var. Reanimasiya xəstəxanası martın 15-də rus əsgərləri tərəfindən zəbt edilib.
"İndi xəstəxanadan atəş açırlar. Bu, insanların humanitar dəhlizlərlə hərəkəti üçün böyük təhlükə yaradır", - Vereşçuk bildirib.
Həmçinin, Ukrayna martın 16-da evakuasiya dəhlizləri ilə bağlı Qırmızı Xaç Cəmiyyətindən cavab almayıb.
Xatırladaq ki, dünən 20 minə yaxın insan şəxsi avtomobilləri ilə humanitar dəhlizlə Mariupoldan çıxıb. (milli.az)