Zaxarovadan AÇIQLAMA: Rusiya Ukrayna ilə razılığa gəldi

“Rusiya tərəfi Çernobıl Atom Elektrik Stansiyasında birgə təhlükəsizliklə bağlı Ukrayna hərbçiləri ilə razılığa gəlib”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bugünkü brifinqdə söyləyib.
"Rusiya hərbçiləri Çernobıl AES-in təhlükəsizliyinə zərər vurmayacaq şəkildə nəzarəti ələ keçiriblər. Stansiyanın mühafizə batalyonunun Ukrayna bölməsinin hərbi personalı ilə onun enerji bloklarının və sarkofaqın birgə təhlükəsizliyinə dair razılıq əldə olunub", - Zaxarova brifinqdə bildirib.
Oxunub: 214
Xəbəri paylaş
Paylaş: