Putin dayan əmri verdi - Moskvadan KRİTİK QƏRAR: Müharibə BİTİR?
Ukraynanın sərt həmləsi ilə üz-üzə qalan Rusiya müharibə taktikasını dəyişərək hələ ki müdafiədə oturmaq qərarı verdi. Bununla da Moskva pərən-pərən olan ordusunu, qüvvəsini cəmləşirdirib, rotasiya edib texnika və canlı qüvvədə ilk vaxtlardan verdiyi itkilərin (xeyli sayda əsir düşən və ölənlər oldu - red) sayını azaltmaq haqda düşünür kimi görünür. Bu halda Rusiya Ukrayna ərazisinə güclü avia-raket-artilleriya zərbələri ilə çalışır ki, Ukrayna ordusu müdafiəni yara bilməsin, eyni zamanda bu yolla qarşı tərəfi daha çox ölüm-itimlə üz-üzə qoysun.
Görünür Rusiya tərəfi anlamağa başladı ki, bu cür strategiya ilə qısa zamanda nə ordudan əsər qalar, nə də texnikasından. Əslində Rusiya ordusundakı hərbiçi qıtlığının başladığını, müharibədə bu gedişlə yaxın zamanda canlı qüvvə ehtiyyatının tükənəcəyini Kreml rəhbərinin Dobassda döyüşmək üçün könüllü dəstə yaradılması ilə bağlı müraciətindən, Suriyadan 3500-dən çox mənsubun könüllü olaraq Ukraynaya qarşı döyüşməyə dəvət edilməsi məsələsindən hiss edilməyə başladığını düşünmək olar. Hətta Qarabağın Dağlıq hissəsində cəmləşən sülhməramlı kontingentin bir hissəsinin Ukrayna ilə müharibəyə cəlb edilməsi də Rusiya ordusunda ciddi kadr çatışmazlığının yarandığından xəbər verir.
Hazırda mühribə haqqında müxtəlif versiyalar səsləndirilir: Kimisi deyir Rusiya-Ukrayna savaşı aprelin ortasına, kimiləri də may ayına qədər çəkəcəyi qənaətindədirlər.
İndi qaynar fazanın yalnız birinci mərhələsidir. Ukrayna ordusu ağıllı döyüş strategiyası seçərək Rusiyanın hücumunu dayandıra bilib. İkinci mərhələdə Ukrayna hərbçiləri əks-hücum əməliyyatına başlayacaq kimi görünür. Ən çətin mərhələ də məhz burada olacaq, çünki hücum döyüşləri müdafiə döyüşlərindən qat-qat çətin olur. Əks-hücum daha bacarıqla qurularsa, Ukrayna Rusiyadan fərqli olaraq böyük itkilərdən qaça bilər. Bu isə deməyə əsas verir ki, müharibənin əsas qaynar fazası hələ qabaqdadır.