Fransadan KRİTİK AÇIQLAMA:
Ukrayna qalib gələcək və...
Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian Rusiya ilə müharibədə Ukraynanın qələbəsinə inandığını bildirib.
Bu barədə DW məlumat yayıb.
“Ukraynanın qalib gələcəyinə inanıram. Artıq on gündür ki, Ukraynanın müqaviməti ekspertlərin təsəvvür edə bilmədiyi miqyasda ən diqqət çəkəndir.
Müharibənin qiyməti dözülməz olacaq və nə vaxtsa prezident Putin seçim qarşısında qalacaq: ya Rusiyanın fəaliyyəti üçün əhəmiyyətli nəticələr əldə etmək, ya da danışıqlara başlamaq, - XİN rəhbəri deyib.
Le Drian uzunmüddətli perspektivdə Qərbin Rusiyaya qarşı sanksiyalarının Putini gələcək təcavüzdən saxlayacağına əmin olduğunu bildirib.
Oxunub: 278
Xəbəri paylaş
Paylaş: