Güclü külək Gəncədə fəsadlar törətdi - FOTO
Güclü külək Gəncədə fəsadlar törədib.
Ötən gecədən yağışla başlayan külək şəhərin bir sıra ərazilərində iri gövdəli ağacları aşırıb.
53 nömrəli körpələr evinin həyətində də iri ağac aşıb. Ümumilikdə, külək şəhərin 6 ərazisində fəsadlar törədib.
Bundan əlavə, şəhərin 5-ci mikrorayon və Cavadxan qəsəbəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir. (publika.az)
Oxunub: 380
Xəbəri paylaş
Paylaş: