Biləsuvar və Cəlilabadda GÜCLÜ KÜLƏK:
Hər iki rayon işıqsız qaldı
Biləsuvar və Cəlilabad rayonlarında güclü külək bir sıra fəsadlar törədib.
Globall.az xəbər verir ki, əsən güclü külək hər iki rayonunun mərkəzini və əksər kəndləri işıqsız qoyub.
Sakinlərin sözlərinə görə, səhər saatlarından başlayan güclü külək səbəbindən indiyədək rayonlarda elektrik enerjisinin verilişi kəsilib.
Güclü külək rayonlarda və kəndlərdə elektrik dirəklərini açırıb, elektrik xətlərini qırıb. Küləyin digər fəsadları da dəqiqləşdirilir.
Oxunub: 315
Xəbəri paylaş
Paylaş: