Rusiya donanmasının yüksək rütbəli zabiti
ÖLDÜRÜLDÜ
Qara dəniz donanmasının komandan müavini, Rusiyanın 1-ci dərəcəli kapitanı Andrey Paliy Ukraynada öldürülüb.
Globall.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Sevastopolun senatoru Yekaterina Altabayeva təsdiqləyib. O bildirib ki, A. Paliy Mariupolda gedən ağır döyüşlər zamanı öldürülüb.
Qeyd edək ki, Andrey Paliy Rusiya Dəniz Donanmasının tanınmış hərbçilərindən olub. O, Rusiyanın 2008-ci ildə Gürcüstanda apardığı müharibədə də iştirak edib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri A. Paliyin öldürülməsi haqda məlumat yaysa da, Rusiya tərəfi xəbəri təsdiqləməmişdi.
Oxunub: 309
Xəbəri paylaş
Paylaş: