ABŞ Ukraynaya yeni silah partiyası göndərməyə başladı
Pentaqon iddia edir ki, 800 milyon dollar dəyərində yeni silah partiyasının göndərilməsinə artıq başlanılıb, lakin hələlik Ukraynaya çatmayıb.
Bu barədə CNN məlumat yayıb.
Pentaqonun yüksək rütbəli sözçüsü jurnalistlərə bildirib: "Biz hələ də daşınma işlərini yekunlaşdırırıq, lakin onun çox tezliklə çatacağına inanırıq. Ən azı, ilk tədarüklər tezliklə baş tutacaq".
Xatırladaq ki, Ukrayna Prezident Volodimir Zelenskinin Konqresdən əlavə yardım istəməsindən sonra ötən həftə ABŞ prezidenti Co Bayden yeni hərbi yardım paketini açıqlayıb.
Qeyd edilir ki, bu yüklər Ukraynanın Rusiya təzyiqinə qarşı müdafiəsi üçün həlledici olacaq, çünki onların içərisində hava hücumundan müdafiə sistemləri də yer alacaq. Ukrayna həmçinin ilk dəfə olaraq 100 "Switchblade" kamikadze dron alır.