Ukraynalı qaçqınları qəbul edən ölkələrə 3 milyard avro ayrılması təklif olunub
Avropa Komissiyası (AK) Ukraynadan qaçqın qəbul edən Avropa İttifaqı ölkələrinə qurumun büdcəsindən 3 milyard avro ayırmağı təklif edib.
Globall.az Report-a istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Humanitar Forumunda çıxışı zamanı deyib.
“Biz Ukraynadan olan qaçqınları qəbul edən üzv ölkələrimizə dəstək üçün əlavə 3 milyard avro ayırmağı təklif edirik”, - o deyib.
Onun sözlərinə görə, artıq Aİ-yə Ukraynadan təxminən 3,5 milyon qaçqın gəlib və bu, Avropa tarixində onilliklər ərzində ən pis humanitar böhrana çevrilib.
Oxunub: 232
Xəbəri paylaş
Paylaş: