Koronavirus dəhşəti:
İtaliyada Quran oxundu
İtaliyanın Karpi şəhərində “Virusa qarşı birgə dua edirik” adlı tədbir keçirilib.
Yerli KİV-in məlumatına görə, tədbirdə katolik, pravoslav, müsəlman, yəhudi və digər dinlərin nümayəndələri də qatılıb.
Tədbir zamanı Qurani-Kərimin “Ali İmran” surəsindən ayələr oxunub.
“Pandemiyanın bizi çətin vəziyyətə saldığı günləri yaşayırıq. Dini və mədəni tolerantlığa sahib olan bir cəmiyyətlə birlikdə dualar edirik. Həftələrdir bu qorxunc virusa qarşı mübarizə aparanlar tək deyillər”, - şəhərin bələdiyyə sədri Alberto Bellelli bildirib.
Oxunub: 374
Xəbəri paylaş
Paylaş: