Ayaz Mütəllibov vəfat etdi
Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov 84 yaşında vəfat edib.
Globall.az xəbər verir ki, bu barədə Publika.az-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə məlumat verib.
O, bildirib ki, A.Mütəllibov bu gün uzunsürən xəstəlikdən dünyasını dəyişib: "O bir müddət idi xəstəxanada müalicə olunurdu.
Qeyd edək ki, Ayaz Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub.
1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvü olub. 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990-cı ilin may ayının 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan SSR prezidenti seçilib.
1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. O, 1992-ci il martın 6-da vəzifəsindən istefa verib.
Həmin vaxtdan etibarən 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycan qayıdıb.