Azərbaycanın ilk prezidentindən Ordumuza dəstək:
Yardım Fonduna 5 min manat köçürdü
Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı əks-hücum və cəzalandırma əməliyyatı cəbhə xəttində uğurlarla müşayiət olunmaqla yanaşı, ölkənin içində də böyük milli və siyasi həmrəylik, yüksək mübarizlik əzmi, ovqatı yaradıb. Hər kəs bacardığı, imkanı yetdiyi qədər bu savaşda Ordumuza, dövlətimizə dəstək verməyə çalışır.
Globall.az xəbər verir ki, bu gün daha bir nüfuzlu şəxs – Azərbaycan Respublikasının ilk prezidenti olmuş Ayaz Mütəllibov da Ordumuza dəstək kampaniyasına qoşulub.
O, eks-prezident kimi aldığı təqaüdünün tən yarısını – 5 min manatı bu gün Silahlı Qüvvələrə Yadım Fonduna köçürüb.
Eks-prezidentin köçürmə haqda qəbzinin surətini təqdim edirik:
Oxunub: 397
Xəbəri paylaş
Paylaş: