Ukraynalılar Putinin planlarını BELƏ ALT-ÜST ETDİ -
Şolts AÇIQLADI
"Ukraynaya genişmiqyaslı müdaxilə ilə Rusiya prezidenti Vladimir Putin istədiyinin tam əksinə nail oldu, çünki o, həqiqətən də ukraynalıların onun qoşunlarını öz torpaqlarında qarşılayacağını düşünürdü".
Bunu Almaniya kansleri Olaf Şolts deyib .
"Əslində, bütün Ukrayna bir millət kimi birlikdə böyüdü", - Şolts əlavə edib.
O vurğulayıb ki, ukraynalılar Rusiya işğalçısına müqavimət göstərmək üçün mövcud vəsaitdən istifadə edərək Putinin planlarını alt-üst ediblər.
Onun fikrincə, Putinin hərəkətləri NATO-nun alyansın şərq cinahının müdafiəsini gücləndirməsinə də səbəb olub. (publika.az)
Oxunub: 285
Xəbəri paylaş
Paylaş: